Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib.

Yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.