Bakının Nizami rayonu, Babək prospektində yerləşən yataqxanada yanğın başlayıb.
Metbuat.az xəbər verir ki, , hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın yerinə iki təcili tibbi yardım birqadası göndərilib.
Məlumatda qeyd olunub ki, bir nəfər 45 yaşında kişi qorxudan özünü binadan atıb. Həmin şəxsi 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.
Yanğın olan yataqxana “Azərsu-tikinti” xəstəxanasının yaxınlığında yerləşir.