33 yaşlı çinli sənət adı altında atasının qəbrini qazıb sümükləri ilə çılpaq foto çəkdirib.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, pekinli sənətçi Siyuan Zhuji 3 yaşı olanda atasını qara ciyər xərçəngindən itirib.
İllər sonra ən böyük arzusu olan atasının qalıqları ilə çılpaq foto çəkdirməyə qərar verdi. Onun anası Lin Şan foto çəkdirmək üçün qəbirstanlıq nəzarətçisindən icazə alıb. Çində isə qəbirləri qazmaq, ölüləri narahat etmək çox hörmətsiz bir davranış kimi qəbul edilir. Amma qəbirstanlıq işçisi ailənin bu arzusuna etiraz etməyib.
Milli.Az