Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Paylaş
54 baxış·1 dəq oxu
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. "Report"un məlumatına görə, bu ada İngiltərə "Liverpul"unun futbolçusu Roberto Firmino layiq görülüb. O, 1/4 final mərhələsinin ilk oyununda evdə Portuqaliya "Portu"sunu məğlub etdikləri matçda (2:0) bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.