Bakı. Trend:

Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

Trend-in məlumatına görə, uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.

Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.

Təyyarədə sərnişinlərin olmadığı bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin