“Azərbaycanla ABŞ mühüm tərəfdaşıdır” -

“Azərbaycan beynəlxalq terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır"

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan bu beynəlxalq bəla ilə mübarizədə liderliyini nümayiş etdirir: “Tərəfdaşlığımız yalnız inkişaf edəcək, biz narkotiklərlə mübarizə sahəsində daha səmərəli üsullar yaratmaq niyyətindəyik”.

Diplomat, çıxışında həmçinin beynəlxalq enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR