Ərə getməyə hazırlaşan boşanmış qadına sevgilisi zorla kimyəvi turşu içirtdi - FOTO

Ərə getməyə hazırlaşan boşanmış qadına sevgilisi zorla kimyəvi turşu içirtdi -  FOTO
16:47 17 Aprel 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Nişanlısına kimyəvi turşu içirən oğlana hökm oxunub.

Milli.Az xəbər verir ki, nişanlısına kimyəvi maddə içirib, oğlunun gözü qarşısında ona əzab verən Aleksandr Larin 19 il müddətinə azadlıqdan məhrum edilib.

33 yaşlı Aleksandr Larin Olqa Riadçikova adlı nişanlısını 5 yaşlı oğlunun gözü qarşısında kimyəvi turşu içməyə, sonra da uşağa anasının yerdə əzabla qıvrılmasını baxmağa məcbur edib.

Kimyəvi turşu içən qadının bütün daxili orqanları əriyib. Xəstəxanadan verilən məlumata görə o, nə gəzə, nə də yemək yeyə bilir.

Hadisə Rusiyada, Zabaykalsk vilayətində baş verib.

Qeyd edək ki, Olqanın 42 yaşı olub və gözəllik salonunda çalışıb. Onların bu yaxınlarda toyu olacaqdı.

Fuad
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/747540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR