Mahir Mədətov xəstəxanalıq etdiyi futbolçunu ziyarət etdi

Mahir Mədətov xəstəxanalıq etdiyi futbolçunu ziyarət etdi
18:47 19 Aprel 2019
138 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Keşlə" matçında zədələnən qonaqların gənc qapıçısı Şahin Zəkiyevin dərhal xəstəxanaya çatdırıldığını xəbər vermişdik.

Milli.Az xəbər verir ki, matçın 18-ci dəqiqəsində hesabın açıldığı epizodda meydan sahiblərinin hücumçusu Mahir Mədətovla toqquşma nəticəsində sifətindən ağır xəsarət alan gənc qolkiper hazırda müalicə alır.

Bu gün Mahir Mədətov da gənc həmkarını ziyarət edib. Belə ki, "Qarabağ"ın sosial şəbəkə hesabında onların birgə çəkilmiş fotosu yayımlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR