Elşad Əhmədov: "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir"

Elşad Əhmədov: "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir"
21:17 19 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Oyuna ciddi hazırlaşmışdıq. Buna qədər 3 matçda "Neftçi"dən xal götürməmişdik. Bu görüşdə ilk yarıda pis təsir bağışlamadıq".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XXV turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra söyləyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın 55-ci dəqiqəsində Novruz Məmmədovun qırmızı vərəqə alması oyunlarına mənfi təsir edib: "İkinci sarı vərəqə epizoduna baxmaq lazımdır. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindir".
Baş məşqçi buraxılan ilk qolda qapıçı Saşa Stamenkoviçin səhvə yol verməsinə də toxunub: "Bəli, qolda qapıçının səhvi vardı, zərbəni dəf etmək olardı. Ancaq alınmadı. O, komandamız üçün lazımlı oyunçudur. Səhv hamımızındır. Bu yerlərə gəlməyimizdə həm Saşanın, həm də Marko Deviç kimi futbolçuların əməyi böyük olub. Mövsümün əvvəlində qarşımıza elitada qalmaq tapşırığı qoyulmuşdu. İndi mövsüm bitər, rəhbərlik qiymət verər".
Əhmədov Təmkin Xəlilzadənin əsas heyətdən kənarlaşdırılması barədə də danışıb: "Klubdaxili işdir, açıqlama vermək düzgün deyil. Nizam-intizamı pozduğuna görə cəzalandırılıb. Lazım olsa, klubdan açıqlama verilər".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-kimi-komandaya-qarsi-azliqda-oynamaq-cetindir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR