Rəbiyyət Aslanova: Fazil Mustafa yazdığı əsərlərlə dünyaya təkcə bir mesaj vermir, həm də...

Rəbiyyət Aslanova: Fazil Mustafa yazdığı əsərlərlə dünyaya təkcə bir mesaj vermir, həm də...
13:53 20 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Fazil Mustafanın bütün yaradıcılığı, bütün görüşləri onun daxili azadlığından irəli gələn fikirləri fəlsəfəyə söykənir. Fazil bəyin xüsusilə Türk Xalqları və onların azadlıqlarına dair axtarışları bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox şey qazandırıb. O. yaradıcılığı ilə də yetişməkdə olan gənc nəslə hələ çox şey qazandırmış olacaq.

Kult.az xəbər verir ki, bu sözləri sabiq deputat, BDU-nun kafedra müdiri Rəbiyyət Aslanova Böyük Qurtuluş Partiyasının başqanı, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimində bildirib.

R.Aslanova qeyd edib ki, Azərbaycan vətəndaşının formalaşmasına, onun tarixi yaddaşını, milli kimliyinin yaranmasına ziyalılarımız böyük təsir göstərir. Bu işdə də ziyalılarımızdan olan Fazil Mustafanın rolu böyükdür:

“Fazil Mustafa mənə zəng edib belə bir toplantı keçirildiyini bildirəndə özünə də dedim ki, səninlə bağlı çoxdandır demək istədiyim sözləri söyləmək üçün bir fürsətdir bu.

Mən Fazil Mustafanın yaradıcılığı barədə də bir qədər danışmaq istəyərdim. Onun yaradıcılığının əsas hissəsi fəlsəfə sahəsində göstərdiyi xidmətlərdir. Fazil müəllimin bütün yaradıcılığı, bütün görüşləri onun daxili azadlığından irəli gələn fikirləri fəlsəfəyə söykənir. Xüsusilə onun Türk Xalqları və onların azadlıqlarına dair axtarışları bizim tariximizə, ədəbiyyatımıza. Mədəniyyətimizə çox şey qazandırıb.

Fazil Mustafa əsərlərində “Biz kimik” sualına detallı nümunələr göstərən, milli kimliyimizi formalaşdıran yazarlardandır.

Hər kəs dünyada türklərə, Türk xalqlarına qarşı təzyiq, bir qədər nifrət, qısqanclıq olduğunu gözəl bilir. Tarix boyu türkologiya sözünə qarşı qorxu yaşayan elm adamları olub. Lakin bu gün Fazil Mustafa yazdığı əsərlərlə dünyaya təkcə bir mesaj vermir. Həm də nümunəvi dərs keçmiş olur.

Fazil müəllim daim fərqli düşüncələri, fikirləri ilə seçilib. Standart insanlar hamı kimi düşünür. Belələri ortaya nümunə qoya bilmir, qoysa belə düşüncələri standart olduğu üçün heç nəyə nail olmur. Ancaq Fazil bəy fərqli düşüncə və fərqli fikir adamı olduğu üçün ona və yazdıqlarına daim maraq var, oxunur, tələb edilir. O daim peşəkar fikrilər irəli sürüb”.

R.Aslaniva bildirib ki, belə fərqli, nümunəvi düşüncə sahibi olan bir ziyalını həmişə qorumaq lazımdır:

“Volterin bir maraqlı “Fəlsəfə məktubları” əsəri var. Orada yazır ki, mən bilmək istəyərdim tarixdə ən böyük şəxsiyyət kimdir – Makedoniyalı İsgəndərmi, Teymurləngmi, yoxsa Nyutonmu?

Və sonra Nyuton haqqında yazır ki, İsgəndərin, Teymurləngin bütün işləri, bütün fəaliyyəti insanın məhvinə, böyük qırğınlara yönəldilibsə, deməli insan düşüncəsini dəyişdirən, onu formalaşdıran bir şəxs onların hamısından daha yüksəkdə dayanan şəxsdir.

Mən hesab edirəm ki, bir cameənin düşüncəsini istiqamətləndirmək üçün bir insanımız varsa, əgər böyüməkdə, yetişməkdə olan gənc nəslin milli kimliyini unutmamasına çalışan və buna nail olan, vətəndaş məsuliyyətini ortaya qoymaq cəsarəti olan bir yazarımız, insanımız varsaniz varsa demək ki, sizin əsərləriniz həqiqətən də yaşayan və uğur qazanan əsəslər olacaq. Fazil Mustafa yaradıcılığı ilə gənclərin yoluna işıq salan ziyalıdır.

5 kitab yazmaq hər insanın və hər beyinin işi deyil. Bu sizin bir hesabatınızdır həm də, ölkəyə, dövlətə, xalqa, millətə, dövlətçiliyə xidmətiniz, sadiqliyinizin hesabatıdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/276221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR