Qazaxıstan gimnastı: Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb

Qazaxıstan gimnastı: Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb
23:08 20 Aprel 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Mən “AGF Junior Trophy” turnirində lentlə hərəkətlərdə daha yaxşı çıxış etdim.

Bunu Trend-ə Qazaxıstan gimnastı Bayan Koybakar deyib.

O bildirib ki, hələlik nəticələr barədə danışmaq tezdir:

“Mənim üçün məşqçinin fikri vacibdir, ümid edirəm ki, etibarı sarsıtmadım. Mən alətlərlə çıxış etməyi sevirəm, hesab edirəm ki, bu gün lentlə hərəkətlərdə daha yaxşı çıxış etdim”.

Gimnast əlavə edib ki, Bakıda davam edən turnir yüksək səviyyədə təşkil edilib.

"Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb. Bakıdakı gimnastika arenası çox böyükdür. Bu da həyəcanımızı daha da artırır".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3049703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR