“Türkiyə Hava Yolları”na məxsus təyyarə quş dəstəsinə çırpılıb
Paylaş
·252 baxış·1 dəq oxu
Bakı. 6 May. REPORT.AZ/ Nevşehir-İstanbul reysini həyata keçirən "Türkiyə Hava Yolları"na məxsus "Boinq-738" tipli təyyarə quş dəstəsinə çırpılıb. Bu barədə "Report" "Hurriyet" qəzetinə istinadən xəbər yayıb. Hadisə təyyarənin yerə enməyə hazırlaşdığı vaxt baş verib. Toqquşma nəticəsində təyyarənin ayrı-ayrı hissələrinə zərər dəyib. Təyyarə təhlükəsiz şəkildə yerə enməyə müvəffəq olub. Sərnişinlərdən heç kimə zərər dəyməyib.