Zidan 35 milyonluq qapıçını "Real"dan göndərir

Zidan 35 milyonluq qapıçını "Real"dan göndərir
06:43 24 Aprel 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubunun rəhbərliyindən belçikalı qapıçı Tibo Kurtuanı transferə çıxarmağı xahiş edib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, məşqçi ümidlərini 2014-cü ildən klubun qapılarının qoruyan Kosta Rikalı qapıçı Keylor Navasa bağlayır.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqust ayında İngiltərənin "Çelsi" komandasından 6 illik müqavilə imzalayaraq "Real Madrid"ə keçib. Qapıçının transferinə görə "Real" 35 milyon avro ödəyib.

Kurtua bütün turnirlərdə 32 oyun keçirib və qapısından 42 qol buraxıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/276553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR