Ankara ABŞ-i fakt qarşısında qoydu: F-35 qırıcıları satılmasa...

Ankara ABŞ-i fakt qarşısında qoydu: F-35 qırıcıları satılmasa...
08:03 24 Aprel 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyəyə F-35 beşinci nəsil qırıcılarını satmaqdan imtina etdiyi halda, Ankara ehtiyacını başqa ölkədən analoji təyyarələrə təmin edəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Biz biz S-400 alırıq? Çünki hava hücumundan müdafiə sisteminin təcili buna ehtiyacı var. Biz F-35 qırıcılarının istehsalı proqramı üzrə partnyoruq, bu layihədə iştirak edirik, bunun üçün lazımi məbləği ödəmişik. Hazırda bu məsələdə heç bir problem yoxdur. Amma hadisələrin inkişafının ən pis ssenarisi halında, biz ehtiyacımızı başqa - bizə ən yaxşı texnologiyalar təklif olunan yerdən təmin etməli olacağıq”, - Çavuşoğlu deyib.

Qeyd edək ki, ABŞ-ın iddiasına görə, Rusiya zenit-raket kompleksləri NATO-nun standartları ilə uyğun gəlmir. Vaşinqton onları alacağı halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Türkiyə beşinci nəsil qırıcılarının istehsalı üzrə ABŞ-ın beynəlxalq proqramının iştirakçılarından biridir. Ankarada bir neçə dəfə bildirib ki, S-400 Amerika F-35-ləri üçün təhlükə yaratmır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/276555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR