"Hər zaman deyirəm ki, gərək dünyaya kişi olaraq gələrdim"

Məşhurların səhnə həyatı ilə birgə özəl həyatları da hər zaman maraq dairəsindədir.

Bəs görəsən bizim məşhur xanımlarımız nə dərəcədə ev işləri görməyi sevirlər?

Metbuat.az bununla bağlı məşhur simalarla əlaqə saxladı.

Söhbətimizə ilk öncə rəqqasə Renka ilə başladıq. Metbuat.az-a açıqlamasında rəqqasə bildirdi ki, ev işlərinin hamısını özü həll edir:

“Ev işlərinin hamısını görürəm. Şkafımı özüm yığışdırıb, paltarlarımı yerləşdirirəm. Bu məndə xəstəlik kimidir. O ki qaldı yemək bişirməyə, övladlarımın ən sevdiyi yemək mənim bişirdiyim düşbərədir. Mənimsə sevərək bişirdiyim yemək borşdur”.

Fatimə Fətəliyeva isə danışığımız zamanı bildirdi ki, ev işləri ilə arası yoxdur :

“Ev işləri ilə aram yoxdur, vaxt tapmıram. Səhər çıxıb, axşam gəlirəm evə. Sonuncu dəfə nə zaman yemək bişirdiyim isə yadımdan çıxıb. Düzünü desəm çox vaxt yemək yeməyə də vaxt tapmıram. Hər zaman deyirəm ki, Fatimə gərək dünyaya kişi olaraq gələrdi”.

Əməkdar artist Mətanət İsgəndərli də ev işlərinə vaxt tapa bilməyən məşhur xanımlarımızdandır. Müğənni Metbuat.az-a açıqlamasında bildirdi ki, ev işləri ilə çox məşğul ola bilmir və bunun üçün köməkçisi var:

“Ev işləri ilə çox məşğul ola bilmirəm. Bunun üçün köməkçim var. Gün ərzində çəkilişlər, el məclisləri, tədbirlər olur və mən evdə çox vaxt keçirə bilmirəm. Amma yemək bişirməyi çox sevirəm. Vaxtım olduqca öz bişirdiyim yeməklərə üstünlük verirəm. İmkan tapan kimi nəvəmi yanıma gətirib saxlayıram, ona qulluq edirəm”.

Metbuat.az-a danışan növbəti xanım məşhur Oksana Rəsulova oldu. O bildirdi ki, yemək bişirməyi çox sevir:

“Yemək bişirməyi sevirəm. Ən yaxşı bişirdiyim yemək isə borşdur. Mənim bişirdiyim bütün yeməklər ailə üzvlərim tərəfindən sevilir”.

Sevinc Kərimova // METBUAT.AZ

Məşhur müğənnini qorxudan mesajlar: – “Məni kimlərlə aldatdın?”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR