Azərbaycanda toy yasa döndü – ÖLƏN VAR

Azərbaycanda toy yasa döndü – ÖLƏN VAR
10:43 25 Aprel 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakı-Quba magistralının Xırdalan istiqamətindən keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Abşeron rayonu ərazisində “Toyota” markalı, 99 FX 360 dövlət qeydiyyat nişanlı minik avtomobili sərxoş halda yolu keçən 1963-cü il təvəllüdlü Mais Babayevi vurub.

Ağır xəsarət alan56 yaşlı piyuada hadisə yerində ölüb.

Bildirilir ki, M.Babayev yaxınlıqdakı şadlıq evində iştirak etdiyi toy mərasimindən çıxarkən dəhşətli hadisə ilə üzləşib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/276699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR