Ruhi Əliyeva Türkiyədə ulduzlarla böyük layihəyə imza atdı – FOTO

Ruhi Əliyeva Türkiyədə ulduzlarla böyük layihəyə imza atdı – FOTO
11:48 25 Aprel 2019
189 Şou
Ölkə mətbuatı
A- A+

“Liatris Holdinq”in təsisçisi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyeva Türkiyədə kino layihəyə imza atıb.

Publika.az xəbər verir ki, bu barədə özü instaqramda məlumat yayıb. O bildirib ki, Türkiyədə film müqaviləsi imzalayıb. Baş rollarda "Yasak elma" serialının qəhrəmanı Onur Tuna və Tuvana Turkayın çəkildiyi filmin sponsorluğunu Ruhi Əliyeva həyata keçirəcək:

“Filmimizin baş rol qəhrəmanları ilə görüşümüz oldu. İnşallah, yaxın zamanda çəkilişlər başlayacaq. Bu sevincimi də sizinlə bölüşmək istədim. Çox şad oldum yaxından tanışlığımıza. Baş rol qəhrəmanları olduqca mehriban və səmimi insanlardı. İşlərinin peşəkarı olduqları qədər, həm də çox səmimi və gülərüzdülər. Bütün komanadaya uğurlar arzu edirəm. İnşallah sizə çox gözəl və sevəcəyiniz bir film təqdim edəcik. Allah hər kəsin işini avand eləsin. Amin!”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/276705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR