Bankdan kredit alıb evə qayıdan pulu itirdi, polis tapıb təhvil verdi

Bankdan kredit alıb evə qayıdan pulu itirdi, polis tapıb təhvil verdi
13:49 25 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Yol polisi tapdığı pulqabını sahibinə verib.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 24-də  Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar.
 
İçərisində bir qadına məxsus  şəxsiyyət vəsiqəsi,  müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar.
 
Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı  tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində  təqdim ediblər. 
Sevincini gizlədə bilməyən S. Ağababayeva bu  pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib. 
 
Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini  asayiş keşikçiləri,  hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən  polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.  
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR