Uqandada çoxuşaqlı ana aşkar olunub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Mariam Nabatanzidi adlı qadın 39 yaşına qədər 38 uşaq dünyaya gətirib. Məlumatda bildirilir ki, bədəni nadir xüsusiyyətə malikolan qadın hər dəfə bir uşaqdan çox dünyaya gətirir. Qadın ilk uşaqlarını 13 yaşında dünyaya gətirib. Bütün ailə qəsəbədə yerləşən qəhvə plantasiyaların yaxınlığındakı kiçik sement evində yaşayır. Üç il əvvəl ataları onları tərk edib, qadın uşaqları özü böyütməyə çalışır.