Paralimpiyaçılarımız Dünya Kubokunda ikinci qızıl medal qazanıblar

Paralimpiyaçılarımız Dünya Kubokunda ikinci qızıl medal qazanıblar
17:22 28 Aprel 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvü Elşən Hüseynov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, 107 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 225 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib.

Eyni çəki dərəcəsində ikinci yeri 198 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Albaloşi Ahmed Xamis qazanıb. Üçüncü yerə isə 185 kiloqram çəki ilə gürcüstanlı idmançı Laqo Qorqodze layiq görülüb.

Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.

Bu gün isə 97 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız Nurlan Babacanov 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.

Bu qələbə ilə Elşən Hüseynov, Pərvin Məmmədov və Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıblar.

Yarışlar davam edir. Bu gün digər idmançı Şamo Aslanov da yarışlarda debüt edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3053673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR