KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər

KOBİA nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər
10:12 29 Aprel 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 24-26-da Tatarıstanın Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib.
Tatarıstan Respublikası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələri arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparıldığı tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.
KOBİA-dan “Report”a verilən məlumata görə, 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Malayziyanın sahibkarlığın inkişafı naziri Mohd Redzuan Yusof ilə görüşərək, təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıb. KOBİA rəhbəri Tatarıstanın sahibkarlığın inkişafı üzrə model müəssisəsində iş prosesi ilə də tanış olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kobi-anin-sedri-beynelxalq-i-qtisadiyyat-sammitinde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR