44-cü övladını doğdu - FOTO

44-cü övladını doğdu - FOTO
10:22 30 Aprel 2019
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

39 yaşlı uqandalı Mariam Nabatanzi 44-cü övladını dünyaya gətirib. Onun övladları arasında 4 üçəm və 6 əkiz var.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Uqandada yaşayan, adı Ginnesin Rekordlar Kitabına düşmüş Mariam 12 yaşında ərə verilib. 13 yaşında ilk əkizlərini dünyaya gətirən Mriam Nabatanzini sonradan həkimə aparıblar. Müayinə onun yumurtalıqlarının normadan çox böyük olduğunu göstərib.

Həkim ona kontraseptivlərdən istifadənin orqanizmi üçün həddən ziyadə təhlükəli olduğuun da deyib.

Mariam Nabatanzi 23 yaşına çatanda artıq 25-ci övloadını dünyaya gətirmişdi. O, yenə müayinəyə yollanıb, doğuşlarının məhdudlaşdırılmasını istəyib. Fəqət, həkimlər ona yenə də "kontraseptivlər olmaz" deyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR