Bakıda qazaxıstanlı dizayner Aynur Turisbekin kolleksiyası nümayiş olunacaq
Paylaş
·92 baxış·1 dəq oxu
Bakı. 6 may. REPORT.AZ/ Bakıda qazaxıstanlı dizayner Aynur Turisbekin geyim kolleksiyasının nümayişi keçiriləcək. Bu barədə "Report"a Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata əsasən, kolleksiyanın nümayişi mayın 14-də saat 20:30-da I Moda Həftəsi çərçivəsində baş tutacaq. Moda gecəsində modelyerin kolleksiyasından ən son nümunələr nümayiş etdiriləcək.