“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qaliblərinə mükafatlar verilib

“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qaliblərinə mükafatlar verilib
12:22 2 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilib. Qeyd edilib ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi üçün ardıcıl tədbirlər keçirilir. “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin də bu məqsədi daşıdığını, qeyd edilən kateqoriyalardan olan vətəndaşların müsabiqədə fəal iştirak etdiyini deyib.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini ies@mlspp.gov.az ünvanına göndərib və bu əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində təqdim edilib. Elan olunmuş müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən edib və 14 rəsm əsərindən ən çox bəyənilən 3 rəsmin müəllifləri müsabiqənin qalibləridir.

Qaliblərə - sağlamlıq imkanları məhdud gənclər Qorxmaz Mustafayevə (I yer), Asif Qasımova (II yer) və Nisə Cəfərovaya (III yer) diplom və mükafatlar təqdim edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3055938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR