"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldo bildirib ki, oyunçu karyerasını tamamladıqdan sonra məşqçi ola bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Məşqçi karyerası? Mən belə variantı istisna etmirəm", - deyə Ronaldu qeyd edib.

34 yaşlı hücumçu 2002-ci ildən peşəkar səviyyədə oynayır. O, ümumilikdə 800 matçda iştirak edib, 600 qol vurub və 213 məhsuldar ötürmə verib.

Ronaldu həmçinin "Qızıl top"un beşqat sahibidir. Portuqaliyalı çıxış etdiyi dörd klubun hər birinin heyətində azı bir qənimət qazanıb. Onların ümumi miqdarı 27-dir.

Daha əvvəl futbolçunun 600-cü qolu "Yuventus"u məğlubiyyətdən xilas edib.