Tarixin təkərlərini tərs çevirənlər - XX əsrin böyük liderləri

Tarixin təkərlərini tərs çevirənlər - XX əsrin böyük liderləri
18:57 4 May 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

XX əsr təlatümlü dövrlərlə və iki amansız dünya müharibə ilə yadda qaldı. Siyasi çalxalanmalar, yeni dövlətlərin yaranması və imperiyaların dağılması ilə xarakterizə olunan XX əsri digər tarixi dönəmlərdən fərqləndirən ən önəmli özəllik dünya tarixinə möhürünü vurmuş liderlərin hakimiyyət başında olmasıdır. Dünya tarixinə dərin təsir göstərmiş bu olayların başında da həmin liderlər durub.

Milli.Az Teleqraf.com-a istinadən XX əsrin ən böyük liderləri haqda məlumatları oxucuları ilə bölüşür.

Ernesto Çe Gevara

Həkim, yazar və hərbi lider olan Çe Gevara Fidel Kastro ilə birlikdə Kuba inqilabının qələbə ilə başa çatmasında böyük rol oynamış marksist inqilabçıdır. O bu gün də qəhrəmanlıq dünyasının ikonası sayılır.

Fidel Kastro

Kubanın əfanəvi marksist inqilabının lideridir.

İnqilabın qələbə ilə sonlanmasından sonra uzun illər Kubaya rəhbərlik etmiş Fidel Kastro beynəlxalq münasibətlərdə də önəmli rola sahib olub.

Mahatma Qandi

Mahatma Qandi Hindistan Müstəqillik Hərəkatının lideri, dünyaya təsir etmiş vətəndaş itaətsizliyi hərəkatının memarıdır. Ötən əsrin böyük liderləri arasında yer alan Qandi dinc mübarizə üsulu ilə, qan tökmədən İngiltərəni öz tələblərinə tabe elədi, Hindistanın müstəqilliyini təmin etdi.

Adolf Hitler

Nəzəriyyəçi bir dövlət adamı və Nasist Almaniyasının lideri olan Adolf Hitler 1939-cu ildə Polşanı işğal edərək İkinci Dünya Müharibəsini başladan və milyonlarla insanın öldürülməsində rol oynayan siyasi liderdir.

Dünya tarixinin dəyişdirməyi bacaran liderlərin başında dayanır.

Vladimir Lenin

Siyasi nəzəriyyəçi olan Vladimir Lenin Kommunist Partiyasının qurucusu, bolşevik inqilabının lideri, SSRİ-nin memarı və ilk başçısı olan liderdir. Siyasi-iqtisadi cərəyan olan leninizmin qurucusudur.

Nelson Mandela

Nelson Mandela Cənubi Afrika Respublikasının (CAR) ilk qaradərili prezidenti, Nobel Sülh Mükafatının sahibi və irqçiliyə qarşı inqilabın lideridir.

CAR-a müstəqillik qazandıran Mandela haqda öz xalqı belə deyir: "Mandela olmasaydı, indi də Cənubi Afrikada demokratiyanın nə olduğunu bilməyəcəkdilər".

Məhəmməd Əmin Rəsulzadə

1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banisidir. Cəmi 23 ay müstəqil olmuş cümhuriyyətin rəhbəridir.

Mao Tszedun

Hərbi lideri, dövlət adamı və nəzəriyyəçi inqilabçı olan Mao Tszedun Çin Xalq Respublikasının qurucusudur.

Mustafa Kamal Atatürk

Ötən əsrin ən müasir dünyagörüşü ilə seçilən Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur. Türkiyənin ilk prezidenti olan Atatürk bütün xalqlara örnək olacaq bir inqilabın lideridir.

İosif Stalin

Leninin ölümündən sonra SSRİ-yə rəhbərlik edən dövlət adamı və hərbi liderdir.

O, İkinci Dünya Müharibəsindən qələbə ilə çıxmış məşhur Qızıl Ordunun baş komandanıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR