Meksikada federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürüldü

Meksikada federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürüldü
09:05 5 May 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada hücumlar nəticəsində ölkənin federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmalar Meksikanın Verakrus və Puebla ştatlarında baş verib. Verakrus ştatında baş vermiş hadisə nəticəsində federal qüvvələrin üç əməkdaşı həlak oldu.

Puebla ştatında isə dəniz piyadalarına qarşı hücüm həyata keçirilib. Nəticədə dəniz piyadaçılarından biri öldürülüb, üçü isə yaralanıb.

Hücüm edənlər sayca hərbçilərdən xeyli üstün olub və odlu silahdan istifadə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR