Türkiyənin Şırnak vilayətində hərbiçilər terrorçuların hücumuna məruz qalıb.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, atışma zamanı iki türk hərbçi şəhid olub.
Hadisə yerinə əlavə canlı qüvvə və texnika göndərilib.
Qeyd edək ki, son zamanlar PKK terrorçuları Türkiyənin özündə, İraqla sərhədində və Suriyada olan türk hərbi birləşmələrinə qarşı hücumları artırıblar.
Günay Elşadqızı / METBUAT.AZ