Yaponiya hökuməti kibersilah qismində kompüter virusları yaradır

Yaponiya hökuməti  kibersilah qismində kompüter virusları yaradır
10:35 6 May 2019
Ölkə mətbuatı
A- A+

Yaponiya Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, zərərverici proqram təminatı yaradacaq və onu dəstəkləyəcək və bu, ölkənin ilk kibersilahı olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, vəziyyətlə tanış mənbə bildirib ki, zərərverici proqramlar cari maliyyə ilinin sonunadək hazır olacaq. Layihə üzərində dövlət xidmətçiləri deyil, kənar tərtibatçılar işləyəcəklər.

 

Qeyd etmək lazımdır ki, Yaponiya kibersilahdan, ehtimal ki, yalnız müdafiə məqsədilə (məsələn, Yaponiya təşkilatları kiberhücumlara məruz qaldığı hallarda) istifadə edəcək. O zaman cinayətkarlara cavab kimi virus göndəriləcək. Lakin hələ ki kibersilahdan istifadənin ətraflı ssenarisi və təfərrüatı məlum deyil.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60571-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR