Arvadının üstünə benzin töküb od vurdu -

Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.

Metbuat.az xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.

Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun deyib ki, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.

Təhsil Nazirliyindən qəza ilə bağlı açıqlama - Şagird qəzada öldü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR