DİQQƏT! Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edildi - FOTO

DİQQƏT! Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edildi - FOTO
17:27 6 May 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib.

Həmçinin 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.

Dəyişikliklər Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun AAYDA tərəfindən yenidən qurulması layihəsinə uyğun olaraq aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/752753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR