Qvatemalada həbsxanada qiyam olub, ölənlər və yaralananlar var

Qvatemalada həbsxanada qiyam olub, ölənlər və yaralananlar var
06:12 8 May 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Qvatemalada həbsxanada qiyam olub.
"Report" xəbər verir ki, bu barədə "Prensa Libre" portalı məlumat yayıb.
Məlumata görə, qiyam zamanı 7 nəfər həlak olub, həmçinin 19 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib. Qeyd edilir ki, 25 yaşlı məhkum qanunsu silah gəzdirməyə və hədə-qorxu ilə pul qoparmağa görə azadlıqdan məhrum edilib.
Nəşrin məlumatına görə, həbsxanada atəş səsləri eşidilib. Hadisə yerində polis əməkdaşları işləyir. 
Daha əvvəl Qvatemalada yük avtomobilinin törətdiyi yol-nəqliyyat qəzası nəticəsində azı 30 nəfər ölüb, 4 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-hebsxanada-qiyam-olub-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR