ABŞ-ın Federal Appelyasiya Məhkəməsi Trampın miqrantlarla bağlı qərarını dəstəklədi

ABŞ-ın Federal Appelyasiya Məhkəməsi, prezident Donald Trampın sığınacaq almaq üçün müraciət edən miqrantları Meksikada saxlatmasının qanuni olduğuna qərar verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 9-cu Regional Appelyasiya Məhkəməsi San-Fransisko məhkəməsinin qərarını ləğv edərək Trampın qaçqınları sərhəd xaricində saxlatmasının qanuna zidd olmadığına qərar verib. Qərarla Trampın Meksika sərhədindən gələn miqrantların sığınacaq prosedurunun tamamlanmağına qədər sərhəd xaricində saxlanılmağına müvəqqəti legitimlik verilir.

Qeyd edək ki, Mərkəzi Amerikadan Amerika Birləşmiş Ştatlarına gedən 7000-dən çox miqrant 2018-ci ilin dekabrında Meksikanın şimal sərhədi Tijuana şəhərinə çatıb. Ancaq ABŞ sərhədçiləri sərhəddən keçmək istəyən uşaqlar da daxil olmaqla bütün miqrantlara gözyaşardıcı qazla müdaxilə ediblər.

ABŞ prezidenti Donald Tramp məhkəmə qərarı olmadan Meksikadan ABŞ-a keçmək istəyən heç bir miqrantın ölkəyə buraxılmayacağını açıqlamışdı.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR