Malayziyanın eks Baş nazirinin 171 milyon dollarlıq sərvəti dövlət xəzinəsinə köçürüləcək

Malayziya hökuməti eks Baş nazir Nəcib Rezaka məxsus 171 milyon dollarlıq sərvətin dövlət xəzinəsinə köçürmək üçün işlərə başlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət moxlu sayda dəyərli əşyaların Cəmiyyət İnkişaf Fondunun (1MDB) pulları ilə alındığını bildirir. Həmin əşyaları Malayziya polisi ötən il ələ keçirib.

Məlumata görə, şəxsi əşyalar içərisində qızıl-zinət əşyaları, qol saatları və gün eynəkləri ilə yanaşı, 27 lüks avtomobil, 29 ayrı bankda saxlanılan nəğd pullar yer alır. Hökumət bu əşyaların dövlət xəzinəsinə köçürülməsi üçün müsadirə etmə icazəsinin verilməsi məqsədilə Ali Məhkəməyə müraciət edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR