"Biman Bangladesh Airlines"ə məxsus sərnişin təyyarəsi Myanmada Yanqon beynəlxalq hava limanında düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aeroport polisi məlumat yayıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məlumata görə, təyyarə enmə zolağından çıxıb və 3 hissəyə parçalanıb. Göyərtədə 33 sərnişin olub. Qəzaya səbəb pis hava şəraiti olub.

Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.

Milli.Az