Bakı, 6 may, AZƏRTAC
“İrəli” İctimai Birliyinin (İB) gəncləri Avropa Komissiyasının icra etdiyi “Erasmus+” proqramı çərçivəsində Norveçin Alta şəhərində keçirilən “Filling the Gaps” seminarında Azərbaycanı uğurla təmsil edirlər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihədə Azərbaycan ilə yanaşı, Türkiyə, Misir, Makedoniya, Almaniya, Ukrayna, Böyük Britaniya, İspaniya və Norveç təmsilçiləri iştirak edirlər.
Layihə çərçivəsində “İrəli” İctimai Birliyi ilə Almaniyanın “Natur Kultur” təşkilatı arasında uzunmüddətli əməkdaşlığa dair memorandum imzalanıb.