[ 08 May 2015 16:27 ]



Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu imtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edə bilərlər. Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov linkinə daxil olmaq lazımdır.