Bakı, 10 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilən ulu öndər Heydər Əliyev iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynayıb.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Bakı şəhər sakini İskəndər Adgözəlov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişaf dövrünü yaşayır, ölkəmiz dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün dünyanın ən aparıcı dövlətləri, Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərinin bəhrəsidir.