“Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub

“Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub
09:23 11 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 11 may, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə “Azərpoçt” MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, daşınması və çatdırılması kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir. Xidmətin göstərilməsi üçün poçt göndərişinin 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb olunur. Ştrixkod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir. Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişi ilə bağlı məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pocht_gonderislerinin_izlenilmesi_xidmeti_Elektron_hokumet_portalina_inteqrasiya_olunub-854064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR