Rusiyada həbsxanada qiyam baş verib, 20 nəfər yaralanıb

Rusiyada həbsxanada qiyam baş verib, 20 nəfər yaralanıb
10:57 11 May 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

[ 11 May 2015 10:51 ]

Bakı – APA. Rusiyada həbsxanada qiyam baş verib.

APA-nın “Vesti”yə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.

 

İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.

 

Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.

 

Hazırda faktla bağlı araşdırma aparılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR