Xəbərdə bildirilir ki, Türkiyənin "Cook Islands" şirkətinə məxsus "Tuna-1" adlı gəmi beynəlxalq sularda üzərkən qurudan top atəşinə məruz qalıb. Bundan sonra ərazidən uzaqlaşmağa çalışan gəmiyə fasilələrlə havadan hücum olub. Nəticədə Türkiyədə vətəndaşı olan kapitan köməkçisi ölüb, bir neçə ekipaj üzvü yaralanıb. Gəmiyə maddi ziyan dəyib.
Hadisə mayın 10-da axşam saatlarında Türkiyə gəmisinin İspaniyadan aldığı alçipan yükünü Liviyanın Tobruk limanına yaxınlaşarkən 13 mil aralıda baş verib. Hadisənin digər təfərrüatları barədə məlumat hələlik açıqlanmayıb.