x
Loading...

Azərbaycan yeni nəsil şəxsiyyət vəsiqəsini sınaqdan keçirir

Azərbaycan yeni nəsil şəxsiyyət vəsiqəsini sınaqdan keçirir
16:03 11 May 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yeni nəsil şəxsiyyət vəsiqəsinin özünün sertifikasiya mərkəzinə uyğunlaşdırılması üzrə işlər aparır. Bunu Trend-ə Mərkəzdən deyiblər.

MHM-dən qeyd ediblər ki, hazırda layihəyə cəlb edilmiş şirkətlərin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir və yeni şəxsiyyət vəsiqələrinin ölçülərinin müəyyənləşdirilməsi üzrə sınaqlar aparılır.

İsveçrənin "Trüb AG" şirkətinin mütəxəssisləri layihəyə cəlb ediliblər. Şirkət sənədlər, şəxsiyyət vəsiqələrinin hazırlanması üzrə dünyada qabaqcıl yerlərdən birini tutur.

Elektron imzaların şəxsiyyət vəsiqələrinin çiplərinə inteqrasiyası ilə məşğul olacaq MHM tərəfindən vətəndaşlara elektron sertifikatlar veriləcək. Bu məqsədlə elektron imzaların verilməsi üzrə yeni mərkəz yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2392807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR