Nazirlik həmin şəxslərdən daha 30 nəfərini Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilməsini təmin edib.
“Bundan əvvəl iki dəfə Ukraynanı Krım bölgəsində yerləşən müalicə-bərpa mərkəzində olmuşam. Orda olarkən bizə çox yüksək səviyyədə diqqət və qayğı göstəriblər. Mən bundan çox razıyam. Hətta orda olarkən qürur hissi keçirdim ki, belə bir güclü dövlətin vətəndaşıyam, məhz dövlətimizə, dövlət başçımızın dünyada olan nüfuzuna görə bizə hörmət qoyurlar”, – deyə II qrup əlil Cəmil Şahməmmədov bildirib.
I qrup əlil Rauf Seyfullayev deyir ki, hər il Krıma gedirdik, Krıma baş verən məlum hadisələrlə bağlı artıq dövlətimiz bizi Türkiyəyə göndərir.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Saday Abdullayev bildirir ki, ötən illə müqayisədə bu il 20 faiz çox, yəni 190 nəfər şəxs il ərzində müalicə olunmaq üçün Türkiyyəyə yollanıb. Bundan başqa 75 nəfər sağlamlıq imkanı məhdud olan azyaşlının da xarici ölkələrəindən birinə müalicə məqsədilə yola salınması nəzərdə tutulur:
“Hazırda 115 nəfər əlilin və sağlamlığını itirmiş 75 uşağın müalicə alması nəzərdə tutulub. Avqust ayının ortalarına qədər onların reabilitasiyası və müalicələri davam etdiriləcək”.
Əlilliyi olan şəxslər Türkiyədə 5 ulduz oteldə yerləşdiriləcək, hər biri lazımi xidmətlə təmin olunacaq.
Saday Abdullayevin sözlərinə görə, həmin şəxslərin müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur.
Mənbə
ANS-TV- Nurlan Rafiqoğlu