Azərbaycan, Bakı, 12 aprel /Trend/
Bakının ictimai nəqliyyatında gediş haqqı artırılmayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisində bildirib.
Onun sözlərinə əsasən, tariflərin artırılması nazirliyin planlarına daxil deyil: "Nəzərə alsaq ki, gediş haqqı dövlət tərəfindən tənzimlənir, ictimai nəqliyyatda qiymət artımını gözləməyə dəyməz".
Xəbər yenilənir
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az