Bakı. 12 may. REPORT.AZ/ Fransada keçiriləcək futbol üzrə 2016-cı il Avropa çempionatına ən ucuz bilet 25 avroya olacaq. "Report"un məlumatına görə, bu barədə çempionatın rəsmi "Twitter"ində bildirilir.
Ən bahalı biletin isə 895 avroya olacağı vurğulanıb. Biletlər bu il iyunun 10-dan iyulun 10-dək satışda olacaq. Satışa ümumilikdə 1,8 milyon bilet çıxarılacaq.
Qeyd edək ki, AVRO-2016 Fransanın 10 şəhərində 24 ölkə yığmasının iştirakı ilə təşkil olunacaq.