Ermənistanda vəziyyət gərgindir: onlarla yaralı

Ermənistanda vəziyyət gərgindir: onlarla yaralı
12:29 16 Yanvar 2015
644 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda bir neçə gündür keçirilən etiraz aksiyaları davam edir. Lent.az-ın məlumatına görə, Gümrüdəki qətl hadisəsi ilə əlaqədar minlərlə  insan Ermənistan Prezidenti Administrasiyasının binası qarşısına toplaşıb. Daha sonra isə etirazçılar prokurorluq binasına yürüş ediblər. Burada  polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Fəalların həbs edildiyini görən aksiya iştirakçıları prokurorluğun binasını daş-qalaq ediblər.  "Qarşıdurma zamanı 12 nəfər xəsarət alıb". Bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlarda 3-ü polisdir.  Onların arasında vəziyyəti ağır olanlar var.  Ermənistanda baş verənlər dünya mediasının da diqqətindədir. 

Qeyd edək ki, yanvarın 12-dən Ermənistanda aksiylar keçirilir. Etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR