Bakı, 13 may, AZƏRTAC
ABŞ-da ağır dəmir yol qəzası baş verib. Pensilvaniya ştatında yerləşən Filadelfiya rayonunda sərnişin qatarı relsdən çıxıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yerli hökumətin məlumatına əsasən hadisə zamanı 8-10 vaqon aşıb. Qəza nəticəsində ən azı 5 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Vaşinqton şəhərindən Nyu-Yorka gedən qatarda ümumilikdə 240 nəfərə qədər sərnişin olduğu bildirilir.