[ 13 May 2015 15:11 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Şahin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ş. Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş. Məmmədov Cinayət Məcəlləsinin 182 maddəsi (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur. İstintaq zamanı onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.