"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VI turunda səfərdə "Qarabağ" 0:2 hesablı məğlubiyyətdən sonra deyib.
38 yaşlı mütəxəssis bildirib ki, gənc futbolçular "Qarabağ" kimi rəqiblə görüşdə yaxşı təcrübə toplayırlar: "Əlimizdə olan futbolçular bunlardır. Sona qədər vuruşacağıq. İlk hissədə qol buraxmasaq, ikinci yarıda fərqli də ola bilərdi. Bizim kimi komandaların 1-2 imkanı olur. Onu da yaxşı dəyərləndirmək lazımdır. Bizdə bu çatmır".