“Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib

“Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib
13:57 30 Sentyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
“Report”un məlumatına görə, millət vəkili Valeh Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verib.
O bildirib ki, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad İqtisadi Zonanın səlahiyyətli qurumu və İdarə Heyəti formalaşana qədər onun hüquq və vəzifələrini müvafiq icra hakimiyyəti orqanının yaratdığı müvəqqəti idarəetmə qurumu həyata keçirir.
“Azad İqtisadi Zonanın ərazisində təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur”, - deyə deputat qeyd edib.
Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/elet-azad-i-qtisadi-zonasi-haqqinda-qanun-deyisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR